Azərbaycan “Putin İttifaqı” na qoşula bilər

thumbmakerAzərbaycan Avrasiya İqtisadi ittifaqına qoşulması imkanını inkar etmir.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Sputnik” agentliyinə bildirib.

“Heç vaxt heç vaxt deməyin”, – deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Aİİ-yə üzv ölkələrlə ikitərəfli əlaqələrin genişləndirilməsinə diqqət yetirir.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev daha əvvəl bəyan etmişdi ki, Azərbaycan, İran, Hindistan və Monqolustan Aİİ-lə əməkdaşlıq imkanlarını nəzərdən keçirib.