!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Qadın Təşkilatlarının sədrlərindən ölkə rəsmilərinə MÜRACİƏT

!Reklam – Yazi

Ermənistan Silahlı Qüvvələri iyul ayının 12-də Tovuz rayonu istiqamətində təxribat törədib, dövlət sərhhədini pozub və dinc əhalini artileriya atəşinə tutub.

Bununla Azərbaycan Qadın Təşkilatlarının sədrləri BMT-nin Baş Katibi cənab Antoniu Quterreşə, ATƏT-in fəaliyyətdə olan sədri cənab Edi Ramaya, ATƏT PA-nın prezidenti cənab Georgi Sereteliyə, Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelə, Avropa Şurasının Baş Katibi xanım Mariya Peyçinoviç-Buriçə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, ABŞ prezidenti cənab Donald Trampa, Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə, Fransa Respublikasının prezidenti cənab Emanuel Makrona müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli Xanımlar və Cənablar!

2020-ci il iyul ayının 12-də dövlət sərhədində yerləşən Tovuz rayonunda Azərbaycanın hərbi məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə tutulmuş və Azərbaycan növbəti dəfə Ermənistanın təcavüzünə məruz qalmışdır. Ermənistanın bu təcavüzü 6 gündür ki, davam edir. Bu, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığının və Covid 19 pandemiyası dövründə BMT Baş katibinin qlobal atəşkəs rejiminə əməl olunması haqqında çağırışına əhəmiyyət vermədiyinin əyani sübutudur.

30 ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu qanunsuz olaraq işğal altında saxlayır. Orada yaşayan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalmış və öz yaşadıqları yerlərdən zorla çıxarılmışlar. İşğalçı qüvvələrin ərazimizdən dərhal və tam olaraq çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri indiyə kimi yerinə yetirilmir. Münaqişənin sülh və danışıqları yolu ilə həlli istiqamətində Azərbaycanın səyləri və xoş niyyəti heç bir nəticə vermir, Ermənistan hər vəchlə danışıqları uzatmağa, formatını dəyişməyə və status kvonu olduğu kimi saxlamağa çalışır. İşğalçı ölkənin qanunsuz hərəkətlərinə, sizin təmsil etdiyiniz təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya tərəfindən adekvat qiymət verilmədiyindən cəzasızlıq mühiti yaranır və bu da Ermənistanı daha çox təxribatlar törətməyə, beynəlxalq hüquq norma və prinsiplərini davamlı olaraq pozmağa cəsarətləndirir.

Azərbaycanın Tovuz rayonunda olan hərbi məntəqələrinə Ermənistan tərəfindən edilən hücum bu cəzasızlığın nəticəsidir. Hətta işğalçı ölkə təkcə hərbi məntəqələrə hücumla kifayətlənmir, dinc əhalinin sıx yaşadığı kəndlərimizə artilleriya və ağır çaplı silahlardan atəş açır, 76 yaşlı Əzizov Əziz İzzət oğlunu yaşadığı evin içində qətlə yetirir və mülki şəxslərin əmlaklarına ciddi ziyan vurur.

Biz, Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatları olaraq sizlərə müraciət edir, Ermənistanın törətdiyi hərbi təxribatlara adekvat qiymət verməyə və ölkəmizə qarşı törətdiyi təcavüz aktına və zor tətbiqinə görə işğalçı ölkənin cəzalanması üçün beynəlxalq hüquq normaları çərçivəsində təsirli tədbirlər görməyə çağırırıq.

Hörmətlə,
1. Bahar Qasımova “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” ictimai birliyinin sədri
2. Novella Cəfərova “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyinin sədri
3. Səadət Bənənyarlı Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi ictimai birliyinin sədri
4. Səltənət Qocamanlı “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” ictimai birliyinin sədri
5. Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı ictimai birliyinin sədri
6. Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma ictimai birliyinin sədri
7. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar ictimai birliyinin sədri
8. Esmira Orucova “Həsrət Yolu” Əsir və Girovlara Kömək ictimai birliyinin sədri
9. Növrəstə Yusifova “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin sədri
10. İradə Yaqubova “ELS – Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin sədri
11. Mehriban Zeynalova “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin sədri
12. Bəyimxanım Verdiyeva “Xan Şuşinski” Fondunun sədri
13. Tamam Cəfərova “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” ictimai birliyinin sədri
14. Sevda Tahirli “Mirzə Ələkbər Sabir” fondunun sədri
15. Gülayə Səfərova “AiləDünyası” Ailələrə Hüquqi Yardım ictimai birliyinin sədri
16. Mətanət Cəfərova “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri
17. Vüsalə Hüseynli “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri
18. Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri
19. Roza Əliqızı “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği ictimai birliyinin sədri
20. Rəhilə Teymurova “Şahdağ” xeyriyyə ictimai birliyinin sədri
21. Mariyə Hüseynova “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” ictimai birliyinin sədri
22. Tahirə Məmmədova “Azərbaycan-İraq Mədəni Əlaqələr” ictimai birliyinin sədri
23. Səriyyə Cəfərova Erməni Təcavüzünün Tanıdılması ictimai birliyinin sədri
24. Büllur Məmmədova “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri
25. Radə Abbas Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin sədri
26. Xatirə Vəliyeva “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyinin sədri
27. Nüşabə Məmmədova “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” ictimai birliyinin sədri
28. Aynur Quliyeva “Qadın Konsensus Mərkəzi” ictimai birliyinin sədri
29. Şəlalə Həsənova “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” ictimai birliyinin sədri
30. Adilə Nəzərova Kitab evi ictimai birliyinin sədri
31. Şəhla Nağıyeva “Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyinin sədri
32. Kəmalə Məmmədli “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” ictimai birliyinin sədri
33. Lalə Mehdiyeva “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” ictimai birliyinin sədri
34. Könül Ağayeva Rəqəmsal İnkişaf ictimai birliyinin sədri
35. Sevinc Kərimova “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi ictimai birliyinin sədri
36. Ruhiyə Məmmədova Ailələrin inkişafı üzrə maarifləndirmə ictimai birliyinin sədri
37. Rahilə Mehtiyeva “Sosial-İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyinin sədri
38. Xanım Əhmədzadə “Hüquqşünas Qadınlar Assosiasiyası” ictimai birliyinin sədri
39. Sevil Allahverdiyeva “Qadın Probelmlərinin Tədqiqatları Mərkəzi” ictimai birliyinin sədri
40. Elnarə Məhərrəmova “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” ictimai birliyinin sədri
41. İlahə İsrafilova Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyinin sədri
42. Esmira Şükürova Mirzə İbrahimov adına Kitab Fondunun sədri
43. Şəkərxanım Əliyeva “Gender Bərabərliyi” ictimai birliyinin sədri
44. İradə Rizazadə “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birliyinin sədri
45. Laləndər Novruzova “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” ictimai birliyinin sədri
46. Afaq Hüseynova “Yaradıcı Qadınlar” ictimai birliyinin sədri
47. Qəmər Bağırova Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilinin kişafına yardım ictimai birliyinin sədri
48. Şərqiyyə Məmmədova “Maarifçi Qadınlar” ictimai birliyinin sədri
49. İndira Şəmsivari “Tərəqqi” sosial-iqtisadi araşdırmalar ictimai birliyinin sədri
50. Xoşbəxt Seidova Gənclərin “Tənhalara dayaq” ictimai birliyinin sədri
51. Nigar İbrahimova “Kiçikdünya” Uşaqların Maarifləndirilməsinə Kömək ictimai birliyinin sədri
52. Solmaz Əliyeva Gənc mühasiblər ictimai birliyinin sədri
53. Zenfira Ağayeva Gəncə Sahibkar Qadınlar ictimai birliyinin sədri
54. Bəsti Nəsibova “Gələcəyə Baxış” Avropaya İnteqrasiya ictimai birliyinin sədri
55. Mehriban Əliyeva Regional Qadın Təşəbbüsləri ictimai birliyinin sədri
56. Nailə İsmayılova “YeniHəyat” Humanitar və Sosial Dayaq ictimai birliyinin sədri
57. Samirə Mustafayeva “AzadHəmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyinin sədri
58. Lyudmila Xəlilova Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda ictimai birliyinin sədri
59. Ülkər Abdullayeva “Qadın Liderliyi Uğrunda” ictimai birliyinin sədri
60. Sevil Yüzbaşeva “EkoAləm”ictimai birliyinin sədri
61. Qəmzə Yusubova Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyinin sədri
62. Şəfəq Qədirli “Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” ictimai birliyinin sədri
63. Tahirə Nağıyeva “Loğman” Qaçqınlara Dayaq Mərkəzi ictimai birliyinin sədri
64. Lamiyə Kərimova Psixososial Reabilitasiya və İnkişaf ictimai birliyinin sədri
65. Gülnarə Hüseynova “Hemofiliyalı Xəstələr” ictimai birliyinin sədri
66. Səbinə Kərimova ƏlilliyiolanşəxslərinSosialMüdafiəsinəvəİnteqrasiyasınaDəstəkictimai birliyinin sədri
67. İlahə Əliyeva “Ziyalı Ocağı” ictimai birliyinin sədri
68. Anfisa Şeydayeva İctimayyətlə əlaqələrinin kişafı ictimai birliyinin sədri
69. Zenfira Mustafayeva “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyinin sədri
70. Aynur Məmmədova “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” ictimai birliyinin sədri
71. Validə Abbasova “Validə” valideynlər assosiasiyası ictimai birliyinin sədri
72. Dünyaxanım Əliyeva “Dünya” Ana və Uşaqlar ictimai birliyinin sədri
73. Himayət İsmayılova “Himayədar ” humanitar tərəqqi ictimai birliyinin sədri
74. Abhəyat Abdullayeva “Qadınlar Gələcək Uğrunda” ictimai birliyinin sədri
75. Nigar Mənsimova “ÜmidYeri ” xeyriyyə cəmiyyəti ictimai birliyinin sədri
76. Ruhiyyə Aslanova Azərbaycan Maarifçi Gənclər Təşkilatı ictimai birliyinin sədri
77. Gülayə Rzayeva “Qayğı və Himayə” Xeyriyyə Fondunun sədri
78. Könül Əfəndiyeva “Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək ictimai birliyinin sədri
79. Firuzə Əsədullayeva Jurnalistlər Ekstremal Şəraitdə” ictimai birliyinin sədri
80. Nurlanə Mustafayeva Humanitar Araşdırmalar ictimai birliyinin sədri
81. Ruhiyyə Məmmədova “Ahıllara və tənhalara dəstək” ictimai birliyinin sədri
82. Gülnarə Səlimova “Gülsam” Əlillərin Reabilitasiyası ictimai birliyinin sədri
83. Azadə Məmmədova Bacarıqlı Əllər Dünyası ictimai birliyinin sədri
84. Məhluqə Rəhimova Əlil Qadınlar Cəmiyyəti ictimai birliyinin sədri
85. İradə Nəsirova “Mərhəmət” kimsəsizlərə yardım ictimai birliyinin sədri
86. Kəmalə Muradlı Müasir Azərbaycan Qadını ictimai birliyinin sədri
87. Tünzalə Cavadova Qadın və Gənc Ailələrin Sosial İnkişafı ictimai birliyinin sədri
88. Zülfiyyə Mustafayeva “Hüquqi İnkişafvə Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım ictimai birliyinin sədri
89. Zülfiyyə Nuriyeva Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” ictimai birliyinin sədri
90. Cəmilə Abdulova “Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” ictimai birliyinin sədri
91. Mehriban Abdullayeva “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri
92. Kübra Babayeva Azərbaycan Maarifçi Xeyirxah Xanımlar ictimai birliyinin sədri
93. Xədicə Mikayılova Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyinin sədri
94. Sevil Yusifova Jurnalist Qadınlar Assosiasiyası ictimai birliyinin sədri
95. Yeganə Sultanova Azərbaycan Diabet Liqası ictimai birliyinin sədri
96. Kəmalə Ağazadə Azərbaycan Uşaqları ictimai birliyinin sədri
97. Firuzə Babayeva “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda ” ictimai birliyinin sədri
98. Nisə Qasımova “Mədəniyyət dalğası” yaradıcılığın təşviqi ictimai birliyinin sədri
99. Ziba Nəbiyeva “İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai birliyinin sədri
100. Lamiyə İsayeva “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin sədri
101. Fatimə Hacıbəyli “Vəfa” sosial problemlərin həllinə dəstək ictimai birliyinin sədri
102. Məleykə Əlizadə Gəncə Regional Qadın Mərkəzi ictimai birliyinin sədri

www.yenicag.az

808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv