!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Qadını Forumu” keçirildi – FOTOLAR

!Reklam – Yazi

17 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə XI qrant müsabiqəsinin qalibi Günay Məhərrəmlinin“Azərbaycan Qadını” Forumu keçirilib.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Qadını” Forumunun rəsmi açlışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Forumda dövlət rəsmiləri, tanınmış bloqqerlər, sahibkar qadınlar, mətbuat nümayəndələri və Millət Vəkili Sona Əliyeva iştirak edib.

Forumu açılış sözü ilə başlayan layihə rəhbəri, gələn qonaqlara təşəkkür edib və forumda çıxış edən spikerlərin çıxışından zövq alacaqlarına ümid etdiyini bildirərək, forum haqqında qısa fikirlərini bölüşüb.

O bildirib ki, “Azərbaycan Qadını” Forumunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə uğur qazanmış qadınlarla gənclərin görüşünü təşkil etmək, müzakirələr aparmaq, qadınlara öz biznesini qurmaqda dəstək olub onların müxtəlif suallarına cavab tapmaqdan ibarətdir.

Forumda ümumilikdə 13 spiker iştirak edib.

www.yenicag.az

1105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv