“Azərbaycan Qarabağla bağlı bir neçə məqsədə nail olub” – Rus politoloq

1459621677_sergey-markov“Azərbaycan bir neçə məqsədə nail olub. Danışıqların donu açılıb. Bu çox vacib, strateji addım idi. Azərbaycan öz hərbi gücünü göstərdi. Hərbi texnika baxımından Azərbaycan iki dəfə güclüdür. Həm də əhali tərəfindən böyük dəstək olub, insanlar müharibəyə başlamaq istəklərini bəyan ediblər. Azərbaycanın ərazi az da olsa, dəyişdi”.

Bunu Bakıda rusiyalı politoloq Sergey Markov bəyan edib.

“Azərbaycan bir neçə məqsədə nail olub. Danışıqların donu açılıb. Bu çox vacib, strateji addım idi. Azərbaycan öz hərbi gücünü göstərdi. Hərbi texnika baxımından Azərbaycan iki dəfə güclüdür. Həm də əhali tərəfindən böyük dəstək olub, insanlar müharibəyə başlamaq istəklərini bəyan ediblər. Azərbaycanın ərazi az da olsa, dəyişdi”.

Bunu Bakıda rusiyalı politoloq Sergey Markov bəyan edib.

“ABŞ-ın başı seçkilərə qarışıb, üstəlik erməni diasporunun seçkilərdə dəstəyinə ehtiyac duyur. Fransua Olland hökuməti də o qədər güclü olmadığını göstərdi. Rusiya isə münaqişənin donunun açılmasında təşəbbüskar kimi çıxış etdi. Digər ölkələr bu təşəbbüsü dəstəklədilər. İndi masa üzərində 2011-ci ildə hazırlanan Kazan formulu var. O zaman siyasi iradə olmadığı üçün bu formul həyata keçmədi. Bu formulda müvəqqəti tarixi kompromis nəzərdə tutulur. Plana əsasən əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır. Onların sayı yeddidir. Neçəsinin qaytarılacağı isə danışıqlarda müzakirə olunacaq. Bu, Azərbaycanın qazancıdır. Ola bilər ki, bölgəyə sülhməramlılar yerləşdirilsin. Ən əsası Ermənistan blokadadan çıxacaq, iqtisadiyyatı inkişaf edəcək. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və qaçqınların geri qaytarılması məsələləri olacaq. Əsas narazılıq bu sahədə olub. Nə zaman referendum olacaq, referendumadək nə qədər qaçqın hara qaytarılacaq. Bu kim məsələlərdə problem yaranmışdı. Ermənistan deyirdi ki, əgər BMT qətnamələrini, Madrid prinsiplərini əsas gətirirsinizsə, bu o deməkdir ki, referendumun nəticələri əvvəldən müəyyən olunub. Mənim proqnozum belədir ki, danışıqlara tezliklə başlanılacaq və onlar əvvəlki kimi çox uzanmayacaq. Hansısa prinsiplərdə artıq razılaşmaya nail oluna bilər və qaçqınların qaytarılmasına başlanıla bilər”, – deyə rusiyalı politoloq vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. /APA

COP29