Azərbaycan Qazaxıstana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN tviter hesabında paylaşım edib.

“Qardaş Qazaxıstanın Abay rayonunda dağıdıcı meşə yanğını xəbəri dərindən kədərləndi.

Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik.

Qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, – XİN-in paylaşımında deyilir.