!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan qazı Bolqarıstana idxal ediləcək: 3 aya kəmərin inşasına başlanılır

!Reklam – Yazi

Azərbaycan qazının Bolqarıstana nəqli üçün Yunanıstanla interkonnektorun (Interconnector Greece-Bulgaria-IGB) inşasına 3 aya başlanılacaq.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Temenujka Petkova bildirib.

“Ən geci 3 ay ərzində IGB-nin inşasına başlanmalıdır. Layihə 2020-ci ilin ikinci yarısında yekunlaşmalıdır. Bununla da Azərbaycanla 1 mlrd. kubmetr qazın nəqli üçün imzalanan müqavilənin icrasına başlanılacaq. Burada təbii qaz nəqli üzrə mənbələrin şaxələndirilməsindən və Bolqarıstan qaz bazarında rəqabət mühitindən söhbət gedir”, – nazir əlavə edib

Qeyd edək ki, “Şahdəniz-2” yatağından Cənub Qaz Dəhlizi ilə nəql olunacaq təbii qaz Bolqarıstana ixrac olunacaq. Bu ölkə IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Belə ki, Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının, təxminən, 25-30%-ni qarşılayacaq.

www.yenicag.az

1984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv