Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azərbaycan qazı nə zaman Serbiyaya çatdırılacaq?

Serbiyanın Azərbaycan qazını əldə edəcəyi Bolqarıstan-Serbiya interkonnektoru 2022-ci ildə istifadəyə veriləcək.

Yenicag.az xəbər verir ki, bunu Bolqarıstanla Serbiyanın energetika nazirləri Temenujka Petkova və Aleksandr Antiç təsdiq edib.

T.Petkova serbiyalı həmkarını Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin inkişafı barədə məlumatlandırıb.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ildə bir milyard kubmetr qaz Bolqarıstana tədarük olunsun.

Qeyd edək ki, Bolqarıstan-Serbiya interkonnektoru Bolqarıstandan Serbiyaya hər il 1,8 milyard kubmetr, əks isiqamətdə isə 0,15 milyard kubmetr qaz nəql etməyə imkan verəcək./Trend/

www.yenicag.az

581
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM