Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Azərbaycan qazının Avropaya idxalı rəqabəti təmin edəcək”

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) daha rəqabətqabiliyyətli qiymətləri təmin edəcək.

Yenicag.az xəbər verir ki, bunu ICGB layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

İcraçı direktor qeyd edib ki, Bolqarıstanla Azərbaycan arasında münasibətlər enerji sahəsində strateji tərəfdaşlığa əsaslanır.

T.Georgiyevanın sözlərinə görə, Bolqarıstana bir milyard kubmetr qaz tədarük etməyə imkan verəcək Cənub Qaz Dəhlizi IGB üçün vacib əhəmiyyət daşıyır:

“Bolqarıstanda qaz istehlakı ildə 3 milyard kubmetr təşkil edir ki, bunun da 1 milyard kubmetri və ya 30 faizdən çoxu Azərbaycan tərəfindən təmin olunacaq. Bu, Bolqarıstanın enerji təhlükəsizliyi, mənbələrin şaxələndirilməsi və bazarda daha ciddi rəqabət baxımından vacibdir”.

O əlavə edib ki, IGB istifadəyə verildikdən sonra bazarda dəyişikliklər baş verəcək və müştərilər daha rəqabətqabiliyyətli qiymətlərdən yararlana biləcək.

www.yenicag.az

1526
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM