!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət etdi

!Reklam – Yazi

“Biz böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun araşdırmaları zamanı son günlərdə Ermənistanın müxtəlif terror təşkilatlarının üzvlərini, o cümlədən xarici ölkə vətəndaşlarını muzdlu döyüşçü qismində Azərbaycanın işğal olunmuş ərazilərinə gətirərək ölkəmizə qarşı istifadə etməsi faktı təsbit olunub”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanda fəaliyyət göstərən QHT-lərin beynəlxalq qurumlarına müraciətində bildirilib.

Qeyd olunub ki, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilmiş döyüşçülər arasında çoxlu sayda Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan gələn muzdlular müəyyən edilib və onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirilməsi haqqında sübut və dəlillər aşkarlanıb: “Bundan başqa, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatının işğal olunmuş Azərbaycan torpaqlarında hərbi bazalar qurması və Azərbaycana qarşı vuruşması ilə bağlı əsaslı məlumatlar mövcuddur”.

Müraciətdə qeyd olunur ki, muzdlu anlayışı 1949-cu il Beynəlxalq Silahlı Münaqişələrdə Qurbanların Müdafiəsi haqqında I Cenevrə Konvensiyasının I Əlavə Protokolun (1977) 47-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir: “BMT Baş Məclisinin 44-cü sessiyasında 4 dekabr 1989-cu il tarixli qətnamə (44/34) ilə qəbul edilmiş “Muzdlunun cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təlimi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiya” muzdluluqla mübarizədə əsas hüquqi alət olaraq muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsini cinayət hesab edir.

Göründüyü kimi, muzdlular beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınır və məhkəmə qarşısından beynəlxalq cinayətkar qismində cavab verməlidirlər. Muzdluluğa münasibətdə “aut dedere aut judiciare” (mühakimə öhdəliyi) prinsipinə müvafiq olaraq universal yurisdiksiya müəyyən edilib.

Ermənistan hazırda Azərbaycana qarşı muzdlu döyüşçüləri aktiv cəlb etməklə növbəti dəfə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqdadır”.

Azərbaycanın QHT-ləri beynəlxal qurumları Ermənistanın muzdluları munaqişəyə cəlb etməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozması faktını qəti şəkildə pisləməyə və bunun qarşısını almaq üçün müvafiq addımlar atmağa çağırır.

Qeyd edək ki, müraciət BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Elizabet Tichy-Fisslbergerə, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti Peter Maurerə, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin başçısı Ariana Baurerə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi İnsan hüquqlarını pozma və xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə mane olmaq məqsədilə muzdlulardan istifadə məsələləri üzrə İşçi Qrupunun sədri Kris M.A. Kvayaya, Terrora qarşı mübarizə zamanı insan hüquqlarının təşviqi və qorunması üzrə BMT-nin Xüsusi Məruzəçisi Fionnuala Ni Aolainə ünvanlanıb.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv