Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında finala yüksəlib.
Yenicag.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gəlib.
Başta həlledici görüşdə Fransa təmsilçisi Mannon Brunetlə qarşılaşacaq.