Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Azərbaycan qisas almağa başlayanda, Sarkisyanı heç bir bunker xilas etməyəcək" - Rusiyalı politoloq

Reklam: Sinerji Pro

2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonu istiqamətində dinc əhaliyə atəş açıb. Nəticədə, 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Ölənlərdən biri 2 yaşlı Zəhradır. Sözügedən hadisə səbr kasasının dolması üçün son damla olub. Beynəlxalq ictimaiyyətin susqunluğu fonunda Ermənistan tərəfin təxribatı  münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesini bir daha iflasa uğradıb.

Yenicag.ru rusiyalı politoloq Denis Korkodinovdan faciə ilə bağlı açıqlama alıb:

“Rəsmi İrəvan təkcə Azərbaycan Silahlı Qüvvələrinə deyil, dinc əhaliyə də atəş açdı. Hərbi münaqişəylə heç bir əlaqəsi olmayan bu insanlar Serj Sarkisyanın işğalçı rejiminin qeyri-ixtiyarı dustağına çevrildilər. Ermənistan hakimiyyəti isə hələ də yüksək tribunalara çıxaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu açıqlayır. Yəni, İrəvan hələ də beynəlxalq arenada yalan danışmağa davam edir və özünü Azərbaycan hərbçilərinin sui-qəsdinin qurbanı kimi göstərir.

Buna baxmayaraq, Ermənistan bütün dünyaya açıq şəkildə nümayiş etdi ki, Azərbaycan xalqını etnik təmizləmək və ərazilərini məhv etmək istəyir. Atəşkəs rejiminə riayət etmək barədə razılaşma əvvəlcədən təhlükə altında idi. ATƏT-in Minsk Qrupu həmişə elə bir görüntü yaradırdı ki, guya heç nə baş vermir. Lakin Minsk Qrupundan heç bir fayda yoxdur və heç bir zaman da olmayıb. Serj Sarkisyanın işğalçı siyasi rejimi bu gün kiçik problemdir. Bu promlemi isə təkcə ATƏT-in Minsk Qrupu deyil, bütün dünya sivilizasiyası həll etməlidir. Belə ki, rəsmi İrəvan sülhə hesablanmamış oyununu oynamağa davam edir.

Başa düşmək lazımdır ki, hazırkı şərtlərdə Ermənistan hər şey etməyə hazırdır. Bu ölkə hətta öz əsgərlərini güllələyib, günahı Azərbaycanın üzərinə ata bilər. Ermənistan rəhbərliyi qəsdən münaqişəni alovlandırır.

Qeyd etmək lazımdır ki, bu gün biz çox çətin hərbi-siyasi vəziyyətdəyik. Belə ki, Azərbaycan və Ermənistan orduları arasında hərbi toqquşma sadəcə an məsələsidir. Körpənin öldürülməsini və cəmiyyət arasındakı gənginliyi nəzərə alsaq, Azərbaycan artıq dayana bilməyəcək. Serj Sarkisyan və onun ətrafı çətin ki, bunu anlamasınlar. Azərbaycan qisas almağa başlayanda, onları heç bir bunker xilas edə bilməyəcək”.

Yenicag.az

www.yenicag.az

512
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM