Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak edib.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir tədbirdə çıxış edib.

Tədbir zamanı Azərbaycan hərəkata sədrliyi Uqandaya təhvil verib.