Azərbaycan Qran-prisi: “Formula 1”-də sprint yarışının təsnifat mərhələsi başa çatdı – YENİLƏNDİ

2023-cü il Azərbaycan Qran-prisində “Formula-1” üzrə sprint yarışının təsnifat mərhələsi başa çatıb.

Yenicag.az xəbər verir ki, ən yaxşı nəticəni “Ferrari”nin pilotu Şarl Lekler göstərib.

“Red Bull”dan Serxio Peres 2-ci, onun komanda yoldaşı Maks Ferstappen 3-cü olub.

***

12:42

2023-cü il Azərbaycan Qran-prisi davam edir.

Yenicag.az xəbər verir ki, “Formula 1”də “Sprint Shootout”a (təsnifat mərhələsi – red.) start verilib.

Əsas sprint yarışı isə saat 17:30-da başlayacaq.

Bu gün, həmçinin, “Formula-2”də sprint təşkil olunacaq.