Azərbaycan Qran-prisi: Fransalı pilotun bolidi yandı – FOTO

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş davam edir.

Yenicag.az xəbər verir ki, “Alpine Renault” sürücüsü Pyer Qasli problemlə üzləşib. Fransalı pilotun bolidində yanğın baş verib.

Bu səbəbdən o yürüşə davam edə bilməyib. Daha sonra yanğını söndürmək mümkün olub.