!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Qran Prisi ləğv olunacaq?

!Reklam – Yazi

Hazırda ölkəmizdə idman, xüsusən də avtoidman həvəskarlarını maraqlandıran məsələlərdən biri də bu il 5-ci dəfə baş tutacaq Azərbaycan Qran Prisinin taleyidir.

Dünən Melburnda Avstraliya Qran Prisinin ləğv olunmasından sonra daha iki yarışın – Bəhreyn və Vyetnam Qran Prilərinin də təxirə salınması açıqlanıb. Əvvəlcədən ləğv olunmuş Çin yarışını da nəzərə alsaq, çempionatın startı may ayının ilk günlərinə qədər təxirə salınıb.

Bu arada elə Melburnda Albert Parkın paddokunda çempionatın Niderlandda mayın əvvəlində deyil, bir ay sonra Bakıda start alması barədə şayiələr peyda olmağa başlayıb. Amma dünən ölkəmizdə mart və aprel ayında keçirilməsi planlaşdırılan bir çox kütləvi tədbirlərin, o cümlədən böyük idman hadisələrinin təxirə salınması məlum olub. Ona görə də bəzi KİV-də iyun ayında keçirilməsi planlaşdırılan Azərbaycan Qran Prisinin də təxirə salınması xəbərləri yayılıb.

Formula1-in ölkəmizdə tanınmış mütəxəssisi, Formula1 yarışlarının şərhçisi və Azərbaycan Qran Prisinin rəsmi elçisi Rəhim Əliyev hazırladığı videoicmalda məsələyə münasibət bildirib:

“İki ay ərzində hər şey ola bilər və doğrudan da, vəziyyət elə ola bilər ki, yarış təxirə salınsın. Amma hazırda Azərbaycan Qran Prisi müzakirə obyekti deyil…”/F-1.az/

Videocimala aşağıda baxa bilərsiniz:

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv