Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

Prezident İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yenicag.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulur.