“Gəncə-Universam” QSC ləğv olunduğunu elan edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı QSC-nin növbədənkənar ümumi yığıncağında qərar qəbul olunub.
Beləliklə, qərarla ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib.
Qeyd edək ki, “Gəncə-Universam” 1998-ci ildən fəaliyyət göstərirdi. Şirkətin qanuni təmsilçisi Gülpəri Məcid qızı İbrahimovadır. Nizamnamə kapitalı isə 184 862 manat olub.
Ötən ay QSC-nin ləğv olunacağı ilə bağlı məlumatlar yayılmışdı./İqtisadiyyat.az