!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan reket-mediası və məmurların amansız kompromat savaşı

!Reklam – Yazi

15497619_840344749442163_741699319_n-1Azərbaycanda reket-media ilə mübarizə davam edir.

Artıq bir neçə reket jurnalist vətəndaşların, iş adamlarının və dövlət qulluqçularının şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək məhkəməyə çıxarılıblar. Aparılan istintaq nəticəsində onların dələduzluq, şantaj yolu ilə iş adamlarından xərac aldıqları ortaya çıxıb.

Yeniçağ.Az olaraq Azərbaycanda jurnalist adına, medianın imicinə ləkə gətirən bu reketlərin illərdir ölkəmizdə necə rahat fəaliyyət göstərdiklərini araşdırdıq. Reket-media probleminin həmişə olduğu ölkəmizdə son həbslər dalğası bir çox dələduzların həddən artıq azğınlaşması ilə əlaqədar idi. Artıq reket-medianın xəraca bağlamaq istəmədiyi sahə qalmamış, dələduzlar hətta ucqar rayonlara, uzaq kəndlərə belə yol açmış, məktəb direktorları, icra nümayəndələrinin belə həyatını zəhərə döndərmişdilər.

Ümumiyyətlə işıq üzü görməmiş, sadəcə kağızda qeydiyyatdan keçirilmiş bir çox “qəzetlərin” əməkdaşları rayonları ələk-vələk edərək özlərinə xərac bölgələri tutmuşdular. Reket jurnalistlərin işləri son devalvasiyadan sonra axsamağa başladı. Son bir ildə dövlət büdcəsindən müxtəlif orqanlara və təşkilatlara ayrılan pullar azaldıldı və hökumət qənaət rejiminə keçdi. Bununla da irili-xırdalı məmurların gəlirləri azqaldı və onlar da təbii olaraq öz xərclərini azaltmaq məcburiyyətində qaldılar. Adlarının hallanmasını istəməyən rüşvətxor məmurların yeyinti yerlərinin kəsilməsi reket-mediaya ayırdıqları pulların da kəsilməsi ilə nəticələndi. Son bir neçə ayda reket saytların səhifələri “kompromat” xarakterli materiallar, heç bir ədəb qaydası və etik çərçivə gözlənilmədən yazılmış iyrənc xəbər mətnləri ilə doldu. Məsələ o yerə çatdı ki, reket-mediaya pul axıdan bir çox korrupsioner məmurlar bu isteriyadan öz məqsdədləri üçün istifadə etməyə başladılar.

Reket saytların hədəfində olan məmur və iş adamları ilə konflikt yaşamış və maraqları toqquşmuş digər məmurlar bu dəfə kampaniyanın dayanmaması üçün pullar xərcləməyə başladılar. Araşdırmalar nəticəsində bəlli oldu ki, bir çox məmurlar, o cümlədən bəzi rayonların icra başçıları mütəmadi olaraq rteket jurnalistələrə pul verərək onlara böhtan xarakterli sifarişli materiallar dərc etdirirlərmiş. Belə məmurlardan ən birincisi və ən “səxavətlisi” kimi reketlər arasında ən “hörmətli” olanı keçmiş deputat, hazırda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevdir. Abıyev reketlər arasında baş sifarişçi kimi məşhurdur. Təxmini hesablamalara görə, Abıyev hər ay reket mediaya 30-40 min manata qədər pul axıdır və bu media orqanlarından müxtəlif şəxsləri, nazirliklərdə və digər mərkəzi aparatlarda işləyən bəzi məmurları, habelə iş adamlarını “vurmaq” üçün istifadə edir.

Daşkəsən rayon İcra Hakimiyyətindəki etibarlı mənbənin Yeniçağ.Az-a verdiyi məlumata görə, hazırda həbsdə olan reket jurnalistlər də daxil olmaqla, jurnalist dairələrində “muzdlu killer” kimi tanınan şəxslər hər ay Əhəd Abıyevin qonağı olurlar. Reket-media üçün ayrıca “qara büdcə” yaratmış Əhəd Abıyev münasibətlərinin pis olduğu məmurlar və iş adamları haqda “kompromatları” dələduzlara ötürərək onları muzdlu reket ordusunun hədəfinə çevirir və yuxarıların gözündən salır.

Mənbə xəbər verir ki, Abıyev hətta dindirilmə zamanı həbsdə olan reket jurnalistlərin onun adını hallandırmanaları üçün həmin şəxslərin vəkillərini və yaxınlarını Daşkəsənə dəvət edib. Məlumaqta görə, istintaqı aparan müstəntiqlərdə reket-media qrupunun Əhəd Abıyevin “patronajlığı” altında fəaliyyət göstərdiyi haqda faktlar mövcuddur. Hazırda Daşkəsən icra başçısının bu məsələnin gizli qalması üçün bütün resurslarını səfərbər etdiyi deyilir.

Redaksiya: Oxucularımız mövzuya aid apardığımız araşdırmaların nəticələri ilə növbəti materiallarımızda tanış ola biləcəklər.

Yeniçağ.Az

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv