Azərbaycan rəsmiləri Xankəndidə – YENİLƏNDİ

Sülhməramlıların Xankəndidəki qərargahında aparılan danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib.

Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.

“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, – deyə qeyd olunub.

***

Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında bağlanması ilə bağlı məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Xankəndidən Ermənistana kilometrlərlə tıxac yaranıb.