!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Respublikası qanunvericiliyində qanunsuz miqrasiya ilə mübarizə siyasəti

!Reklam – Yazi

Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən etibarən miqrasiya proseslərinin tənzimlənməsi sahəsində çox saylı təbdirlər həyata keçirmiş və qanunvercilik bazası inkişaf etdirilmişdir. 2004-cü ildə qəbul olunan “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”nın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş əsas məqsədlərə nail olmaq üçün 2006-cı il iyulun 25-də “Azərbaycan Res- publikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.

Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, qanunsuz miqra- siya hallarının qarşısının alınmasına, eləcə də sənədləşmənin sadələşdirilməsinə xidmət edən tədbirlərdən biri də “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 mart 2009-cu il tarixində imzalanmış fərman olmuşdur. Belə ki, sözügedən fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə olunmasına, həmçinin bu sahədə operativliyin təmin olunmasına və həllini gözləyən prob- lemlərin tez bir zamanda aradan qaldırılmasına imkan verdi. Bu Fərmana əsasən, 2009- cu il iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə rəsmi şəkildə başlanıldı və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edildi.

Bu proseslərin məntiqi davamı olaraq, atılan ən mühüm addım Azərbaycan Res- publikası Prezidentinin 19 mart 2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edil- miş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması oldu. Bununla da ölkədə miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.
Dövlət Miqrasiya Xidməti haqqındakı Əsasnamədə bu qurumun aşağıdakı əsas fəaliyyət istiqamətləri göstərilmişdir: 1) miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edərək, bu siyasətin həyata keçirilməsini təmin etmək və həmin sahədə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək; 2) miqrasiya prosesləri üzərində dövlət nəzarətini həyata keçirmək; 3) immiqrasiya haqqında Azər- baycan Respublikası qanunvericiliyinin icrasını təmin edir, emiqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək; 4) aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 5) miqrasiya proseslərinin idarə olun- masında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirmək; 6) miqrasiya sahəsində vahid uçot sisteminin tətbiqini təmin edir və moni- torinq həyata keçirir və s.

Miqrasya proseslərini tənzimləyən qanunvericilik normalarının təşkilini və effektiv tətbiq olunmasını həyata keçirmək üçün 2 iyul 2013-cü il tarixli, 713-IVQ nöm- rəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Miqrasiya Məcəlləsi qəbul edilmişdir. Məcəllənin qəbul edilməsinin əsas məqsədi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və məhz bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları və qaydaları müəyyənləşdirir. Lakin, sözügedən Məcəllədə “qanunsuz miqrant” anlayışından bəhs edilməmişdir
Ümumiyyətlə, qanunsuz miqrantların sayının artması ölkəmizdə də narahatlıq doğuran problemlərdən biridir. Lakin, reallıq bundan ibarətdir ki, bir çox cəhətdən AR miqrasiya qanunvericiliyi zamanın tələblərinə cavab verir. Bununla yanaşı, bir çox xarici mütəxəssislərin fikrincə, bu sahədəki əsas çatışmazlıq ondan ibarətdir ki, AR müx-
təlif miqrasiya prosedurlarına birdən artıq müxtəlif orqanların cəlb olunmasıdır. Məsələn, miqrasiya proseslərinin tənzimlənməsi, bu sahədə müvafiq dövlət siyasətinin hə- yata keçiriliməsi Dövlət Miqrasiya Xidməti tərəfindən icra edilirsə, ölkə ərazisində qeydiyyat proseduru və müvəqqəti şəxsiyyət vəsiqəsinin verilməsi Daxili İşlər Nazir- liyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən aparılır. Əmək və Əha- linin Sosial Müdafiəsi Nazirliyi isə əmək faəliyyəti ilə məşğul olacaq əcnəbilərə iş üçün icazə verir.

Dövlət Miqrasiya Xidmətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri də qa- nunsuz miqrasiya ilə mübarizədir. Azərbaycanda miqrasiya proseslərinin nəzarətdə saxlanılması, ilk növbədə, milli təhlükəsizliyin hərtərəfli təmini baxımından aktuallıq kəsb edir. 2009-cu ildən miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə qanunveri- ciliyə edilmiş dəyişikliklərə adekvat olaraq, həvalə edilmiş səlahiyyətlər çərçivəsində Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizədə iştirak edir, miqra- siya qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxır, zəruri hallarda qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada məsuliyyətə cəlb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasın- da olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qayda- larını pozmasına, yəni: Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına; etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına; bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməməsinə; ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına; Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -əcnə- bilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 2013-cü ildə isə AR Cinayət Məcəlləsinə qanunsuz miqrasiyanın təşkili ilə bağlı 318-1-ci maddə əlavə edilmişdir.
Dövlət Miqrasiya Xidmətinin yaradılmasıın 10 illiyi münasibətilə 19 mart 2017- ci il tarixində sözügedən orqanın təqdim etdiyi məqalədə bu müddət ərzində qanunsuz miqrasiya ilə mübarizə sahəsində həyata keçirilən bütün tədbirlər haqqında ətraflı şəkildə məlumat verilmişdir. Belə ki, görülmüş işlərin nəticəsi olaraq, ötən illərdə miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı, ümumilikdə 172 min 25 nəfər əcnəbi, vətəndaşlığı olmayan şəxs və Azərbaycan Respublikasının vətəndaşı barədə müvafiq qərarlar qəbul olunmuşdur. 24 min 943 nəfər əcnəbi və vətəndaşlığı ol- mayan şəxsin isə ölkədən çıxarılması (deportasiyası) təmin edilib.
Bilindiyi kimi, 2015-ci ildən etibarən Avropaya qeyri-leqal miqrant axınının genişləndiyi bir vaxtda, bəzi Şərq ölkələrindən AR ərazisinə əsasən sadələşdirilmiş viza ilə gəlib daha sonra əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri dəniz yolu ilə Avropa- ya istiqamətlənən miqrant axınına qoşmağa cəhd göstərən 78 nəfər saxlanılıb və barələrində qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı fəaliyyət istiqamətinə uyğun olaraq, Xidmət Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur bölmələri ilə insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə təsdiq edilmiş birgə tədbirlər planına əsasən mütəmadi olaraq yoxlama tədbirləri aparır. Elektron turist vizası əsasında Azərbaycan Respublikasına gəlmiş və sonradan qanunsuz miqranta çevrilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləş- dirmiş turizm şirkətlərinin nümayəndələri ilə bu cür vizaların verilməsi zamanı qanun- suz miqrasiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə görüşlər keçirilmiş və izahedici söhbətlər aparılıb.
Miqrasiya sahəsində münasibətlərin tənzimlənməsi və qanunsuz miqrasiya ilə mübarizə Azərbaycan Respublikası tərəfindən 3 istiqamətdə aparılır: beynəlxalq, regi- onal və ikitərəfli. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin daha effektiv şəkildə tənzimlənməsi məqsədilə mümkün beynəlxalq alətlər- dən istifadə edir, həmçinin miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat- larla və xarici dövlətlərin aidiyyəti qurumları ilə həm ikitərəfli, həm də çoxtərəfli əsaslarla əməkdaşlıq edir. Məhz bu konstekdə, Dövlət Miqrasiya Xidməti Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) kimi təşkilatlarla miqrasiyanın effektiv idarə olunması, eləcə də qeyri-leqal miqrasiyaya qarşı mübarizə aparılmasında birgə əməkdaşlıq edir və bu sahədə qabaqcıl və innovativ xarakterli beynəlxalq təcrübəni öyrənir.

Azərbaycan Respublikası BMT-yə üzv olduqdan sonra sözügedən təşkilatla AR arasında əməkdaşlıq daha da inkişaf etdirilmişdir. İki qurum arasında miqrasiya pro- seslərinin tənzimlənməsi, miqrasiya sahəsində göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, miqrantların hüquqlarıının qorunması, qeyri-leqal miqrasiyaya qarşı mü- barizə, əmək bazarı informasiya sisteminin gücləndirilməsi və digər maraq doğuran istiqamətlərdə mütəmadi olaraq müxtəlif görüşlər keçirilir və fikir mübadiləsi aparılır. Faydalı əməkdaşlığın nəticəsi olaraq, 2-3 sentyabr 2015-ci il tarixlərdə Azərbaycan Hökumətinin dəvəti əsasında BMqT-nin baş direktoru Uilyam Leysi Svinqin ölkəmizə rəsmi səfər etməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü dövlətimiz tərəfindən bu təşkilatla əməkdaşlığa verilən önəmin bariz nümunəsidir.

Adı çəkilən Təşkilat ölkəmizdə miqrantların hüquqlarının qorunmasına, onların davamlı inteqrasiyasına istiqamətlənən bir sıra önəmli layihə proqramları həyata keçir- mişdir. Hal-hazırda, təşkilatla “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi və “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə” uğurlu şəkildə həyata keçirilir, həmçinin bir neçə yeni layihənin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparılır.

Azərbaycan Respublikası qanunsuz miqrasiya ilə mübarizə sahəsində beynəlxalq səviyyədə imzalanan 2000-ci il tarixli Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Palermo Konvensiyanı tamamlayan Miqrantların quru, dəniz və hava ilə sərhəddən qa- nunsuz keçirilməsinə qarşı, o cümlədən İnsan aıverinin, xüsusən qadın və uşaq alveri- nin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokollarını ratifikasiya etmişdir.

Qeyd etmək lazımdır ki, ölkəmiz miqrasiya proseslərinin tənzimlənməsi, qeyri- leqal miqrasiyaya qarşı mübarizə və digər oxşar səhələrdə Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi kimi qurumlarla regional səviyyədə əməkdaşlıq edir. Dövlət Miq- rasiya Xidməti Avropa İttifaqının Tvinninq və Texniki Yardım və Məlumat Mübadil- əsi (TAİEX) kimi proqramlarından fəal şəkildə istifadə edir. Aİ-nın dəstəyi ilə bu günə qədər Xidmət tərəfindən 1 Tvinninq və 9 TAİEX layihəsi uğurla həyata keçirilmişdir. Həmçinin, Dövlət Miqrasya Xidməti Avropa İttifaqının Şərq Tərəfdaşlığının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı birinci platformasında təmsil olunur. Təşkilatla miqrasiya sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində atılan mühüm addım- lardan digəri 29 noyabr 2013-cü il tarixində “Azərbaycan Respublikası və Aİ arasında viza rejiminin sadələşdirilməsi” və 28 fevral 2014-cü il tarixdə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişlərin, eləcə də 5 dekabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası, Avropa İt- tifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Bir- gə Bəyannamə”nin imzalanması olmuşdur.

Həmçinin, Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi təşkilatlardan biri də MDB-dir. MDB çərçivəsində fəaliyyət göstərən Miqrasiya Orqanları Rəhbərləri Şura- sında MORŞ) ölkəmizi Dövlət Miqrasiya Xidməti təmsil edir. Xidmət öz səlahiyyətləri çərçivəsində ölkə rəhbərliyinin xüsusi rəylərini nəzərə almaqla Şuraya üzv olan dövlətlərlə əməkdaşlıq edir. Şuranın 8-ci və 19-cu iclasları müvafiq olaraq 30.09.2010-cu və 12.10.2016-cı il tarixlərdə Bakı şəhərində təşkil olunmuşdur.

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası bir çox ölkələrlə readmissiya sazişləri bağlıyaraq ikitərəfli səviyyədə əmkdaşlıq edir. Məhz bu konstekdə, Rusiya Federasiyası, Niderland Krallığı, Almaniya Federativ Respublikasının adını xüsusilə qeyd etməkdə fayda vardır. Belə ki, Dövlət Miqrasiya Xidməti yarandığı vaxtdan eti- barən Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanları ilə ikitərəfli münasibətlər in- kişaf etməyə başlamışdır. Qurumlar arasında istər rəhbər, istərsə də işçi səviyyədə qar- şılıqlı işgüzar səfərlər və görüşlər təşkil edilmiş, miqrasiya sahəsində təcrübə mübadi- ləsi aparılmış, eləcə də həyata keçirilən əməkdaşlıq platformaları çərçivəsində əlaqələr qurulmuşdur. 2016-cı il tarixində Bakı şəhərində keçirilən MDB MORŞ-un 19-cu ic- lasında iştirak etmək məqsədilə Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun Azərbaycana səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə ver- mişdir. Digər tərəfdən Niderland Krallığının Ədliyyə Nazirliyi tərkibində fəaliyyət gös- tərən İmmiqrasiya və Naturalizasiya Xidməti, o cümlədən Repatriasiya və Geriqaytar- ma Xidməti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında müna- sibətlər həm ikitərəfli qaydada, həm də beynəlxalq layihələr proqramları çərçivəsində uğurla inkişaf etdirilir. 2018-ci ildə Nazirliyin Repatriasiya və Geri Qaytarma Xidmə- tinin baş direktoru Yannita Robbersenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkə- mizə səfəri, həmçinin 2019-cu ildə Xidmət rəisinin Niderland Krallığına səfəri çərçi- vəsində Repatriasiya və Geri Qaytarma, həmçinin İmmiqrasiya və Naturalizasiya Xid- mətlərinin rəhbərləri ilə keçirilən görüşlər və aparılan danışıqlar ikitərəfli əlaqələri daha da dərinləşdirmiş və iki qurum arasında miqrasiya sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun hazırlanması istiqamətində razılıq əldə olunmuşdur.

Bununla yanaşı, Xidmətin miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Almaniya Federativ Respublikasıdır. Dövlət Miqrasiya Xidməti miqrasiya qa- nunvericiliyin təkmilləşdirilməsi, miqrantların, o cümlədən xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi, readmissiya, reinteqrasiya, vətəndaşlıq kimi sahələr- də Almaniyanın Daxili İşlər Nazirliyinin Miqrasiya idarəsi, Bilefeld şəhəri Əcnəbilərlə İş üzrə Mərkəzi İdarəsi, həmçinin Azərbaycanda fəaliyyət göstərən alman təsisatları ilə əlaqələrini inkişaf etdirir. İki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığa dair saziş, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin həyata keçirilməsi üzrə Protokol layihələri razılaş- dırılmaqdadır.
Yuxarıda adı çəkilən ölkələr də daxil olmaqla, bu günə qədər Azərbaycan Respublikası ilə Türkiyə, Belçika, Ukrayna, Belarus, Qazaxıstan, Tacikistan, Bİrləşmiş Ərəb Əmirliyi, İsveçrə, Norveç və s. kimi dövlətlərlə, o cümlədən Avropa İttifaqı ilə readmissiya sazişləri imzlanmışdır.

Hüquqşünas Kamran Xəlilov

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv