!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Rusiya beynəlxalq avtomobil daşımaları sahəsində razılığa gəldilər

!Reklam – Yazi

xdcdvf.jpg.pagespeed.ic.Lq-u4SFulmBu gün Bakıda Beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Rusiya Qarışıq Komissiyanın növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında beynəlxalq avtomobil daşımalarının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq avtomobil daşımaları ilə məşğul olan vətəndaşların – sürücülərin digər tərəfin ərazisində qalma müddətlərinin artırılması, sərnişin və yük daşımaları, 2017-ci ildə ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün “İcazə” blanklarının kontingentinin müəyyən edilməsi və digər məsələlər müzakirə edilib.

İclasın yekununda Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev və Rusiya Nəqliyyat Nazirliyi Avtomobil və şəhər nəqliyyatı sahəsi üzrə dövlət siyasəti Departamentinin direktoru Aleksey Bakireyarasında müzakirə olunan məsələlərlə bağlı razılıq əldə olunub və protokol imzalanıb.

www.yenicag.az

952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv