Azərbaycan-Rusiya sərhədində böyük tıxac

100013Ötən gündən başlayaraq Azərbaycan-Rusiya sərhədində yaranan böyük tıxac bu gün də qalmaqdadır.

Yenicag.az report-a istinadən xəbər verir ki, belə ki, “Samur” gömrük buraxılış məntəqəsindən Rusiyaya keçmək istəyən avtomobillər Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində gözləməkdədir.

Buna səbəb kimi sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlərin yaranması göstərilir.

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.