Azərbaycan-Rusiya sərhədində yük maşınlarının hərəkəti dayandırılır

Azərbaycan-Rusiya sərhədində yerləşən “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində yeni körpünün tikintisi ilə əlaqədar iriqabaritli yük maşınları üçün sərhəddə hərəkət dayandırılacaq.

“APA-Economics” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, buna səbəb yük maşınlarının hərəkəti üçün alternativ marşrutun olmamasıdır.

“Yaraq-Qazmalar” keçidi yük maşınları üçün yeganə buraxılış məntəqəsidir. Ehtiyat variantı kimi yük maşınlarının “Tahirkənd-Qazmalar” nəzarət buraxılış məntəqəsindən hərəkət etməsi təklif olunur. Ancaq burada müəyyən problemlər mövcuddur və “Qafqaz” federal trasına qədər yol yoxdur.

Yeni körpünün inşasına yaxın zamanlarda başlanılacaq. “Tahirkənd-Qazmalar” nəzarət buraxılış məntəqəsini federal trasla birləşdirəcək yolun tikintisi bu ilə planlaşdırılıb. Problemin həlli yolu kimi asfaltlanmamış yolun tikintisi təklif edilir. Bunun üçün də iki ölkənin sərhədində nəqliyyat kollapsın yaranması ehtimalı aktual olaraq qalacaq.

Yeniçağ.az