!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Rusiya təyyarəsini hava məkanına buraxmadı – AUDİO

!Reklam – Yazi

rusianAzərbaycan noyabrın 15-i Ermənistanın Gümrü aerodromundan havaya qalxan Rusiyanın Hərbi kosmik qüvvələrinə məxsus An-124 “Ruslan” ağır nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb.

Bu barədə məlumat aviasiya bloqu mil_avia-da yerləşdirilib.

Bloqun dərc etdiyi materiala təyyarənin pilotunun Gümrü aeroportunun dispetçeri ilə radio-danışığı da audio formasında əlavə edilib.

Məlumata görə, pilot “Azərbaycanın hərbi sektoru zonaya daxil olmağı qadağan etdiyi üçün” havaya qalxdığı aerodroma qayıtmaq məcburiyyətində olduğunu söyləyib.

Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir, onun maddi-texniki təminatı isə əsasən hava yolu ilə təmin edilir(Azvision)

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv