Azərbaycan Rusiya-Ukrayna danışıqlarında vasitəçi ola bilər – “Brief”

Belarus, Azərbaycan və Qazaxıstan Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi kimi çıxış edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Brief” nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, bundan əlavə, bu ölkələr Ukrayna, Çin və Rusiyanın da iştirak edə biləcəyi beynəlxalq sammitin təşəbbüskarı ola bilərlər.

Ekspertlərin fikrincə, belə bir təşəbbüs Moskva və Pekin tərəfindən dəstəklənə bilər və bu addım, şübhəsiz ki, qlobal Cənub tərəfindən də dəstəklənəcək.

Rafi Müslümov

COP29