Azərbaycan Rusiyada Beynəlxalq Təhlükəsizlik Konfransında təmsil olunur

Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 aprel tarixlərində Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil olunan beynəlxalq konfransda 78 ölkənin nümayəndəsinin iştirakı ilə qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Plenar iclaslarda beynəlxalq terrorizmə, o cümlədən Yaxın Şərqdə terrorizm və radikalizmə qarşı mübarizə, informasiya məkanının təhlükəsizliyi, raket əleyhinə müdafiə, Avropa, Asiya-Sakit okean, Mərkəzi Asiya regionlarında təhlükəsizliyin təmin edilməsi, eləcə də dünyanın müxtəlif bölgələrində təhlükəsizliyin gücləndirilməsində hərbi qurumların roluna dair fikir mübadiləsi aparılacaq.

Yeniçağ.Az