!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Rusiyadan 10 təyyarə alacaq

!Reklam – Yazi

teyyaremcRusiyanın “İlyuşin Finans” lizinq şirkəti və “Azərbaycan Hava Yolları” 10 ədəd “MS-21” təyyarəsinin tədarükü haqqında memorandum imzalayıb.

Bu barədə AzVision.az “TASS”a istinadən xəbər verir.

Məlumata əsasən sənədi “İlyuşin Finans” şirkətinin baş direktoru Aleksandr Rubtsov və “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru Cahangir Əsgərov imzalayıb. İmzalanma mərasimində Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubov və Rusiya baş nazirinin müavini Dmitri Roqozin də iştirak edib.
Rubtsov qeyd edib ki, yaxın gələcəkdə Bakıda təlim mərkəzinin olacağını da istisna etməyib.

“MS-21” təyyarəsi (XXI əsrin magistral təyyarəsi) “İrkut” korporasiyası tərəfindən hazırlanır və yığılır. “MS-21” Rusiyanın ilk yaxın-ortamagistral təyyarəsidir. Təyyarənin ilk tədarükü 2018-ci ilin 4-cü rübündə nəzərdə tutulub.

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv