Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Azərbaycan Rusiyadan hesabat tələb etməlidir” - Lavrovun bəyanatına reaksiya

Reklam: High Technic

“Şoyqunun və Lavrovun çıxışları Ermənistanın könlünü almağa yönəlib”.

Bu sözləri Yenicag.az-a Lavrovun İrəvanda “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” bəyanatını şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, bəzi politoloqlar Rusiyanın qondarma “Dağlıq Qarabağ” rejimini tərəf kimi tanıdğını iddia edir:

“Məsələ bundan ibarətdir ki, bu problem başlayandan bəri Rusiya gah Azərbaycana, gah da Ermənistana dəstək verib. Rusiya qondarma rejimi tanıması ilə bağlı heç bir rəsmi sənəd ortaya qoymayıb. Ancaq Osetiya və Abxaziya ilə bağlı Rusiyanın belə bir sənədləri var. Lavrovun məlum çıxışı Ermənistanın könlünü almasına yönəlib. Rusiya yaxşı bilir ki, Dağlıq Qarabağın dövlət kimi tanınması Ermənistanın Rusiyadan qopmasına xidmət edəcək. Ermənistanda baş verən hakimiyyət dəyişikliyi və Qərb yönümlü Paşinyanın Baş nazir olması, getdikcə möhkəmlənməsi Ermənistanın Rusiyadan uzaqlaşmasına, Qərbə üz tutmasına gətirib çıxarır. Rusiya hazırkı Ermənistan hakimiyyətinə nə qədər acıq olsa da, öz hiddətini içində boğaraq, Erməniatanın ərköyünlükləri ilə razılaşır və orada hakimiyyəti dəyişdirmək üçün məqam gözləyir”.

“Azərbaycan tərəfi dayanmamalıdır, bəyanatlardan başqa, Rusiya qarşısında konkret məsələ qoymalıdır və hesabat istənilməlidir”, – deyən ekspert bildirib ki, sülh, atəşkəs məsələlərinə vasitəçilik öhdəliyi götürən bir ölkə birtərəfli mövqe tutmamalıdır: “ Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, məsələnin sülh yolu ilə həllinin tərəfdarıdırsa, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Məsələ ondadır ki, Azərbaycan Rusiya ilə olduqca böyük layihələr həyata keçirir. Rusiya tərəfi bundan xeyir götürür. Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silahlarla təmin olunur”.

Sonda Tərlan Eyvazov qeyd edib ki, Lavrovun bəyanatının hesabatı ATƏT-in Minsk qrupunun həmsədrlərindən və Rusiyadan tələb edilməlidir.

Səxavət Məmməd

www.yenicag.az

1890
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM