Azərbaycan rusiyalı iş adamını beynəlxalq axtarışa verdi – FOTO

4bd1102286a3030b84b906a35f213518-300x205Azərbaycan rusiyalı iş adamını axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1965-ci il təvəllüdlü Tsindelyani Lento Sosoyeviç qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, Lento Tsindelyani Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

adb43e14c631993e17ffff8c3a72e02b