!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Rusiyanın “strateji müttəfiq”lərindən fərqli olaraq, ardıcıl siyasət yürüdür” – Ekspert

!Reklam – Yazi

“Bakı Moskva ilə strateji müttəfiqlik prinsiplərinə sözdə yox, işdə əməl edir”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Azərbaycan-Rusiya münasibətlərinin ötənilki tempini dəyərləndirən politoloq Fərhad İbrahimov deyib.

Fərhad İbrahimovun sözlərinə görə, Azərbaycan regional proseslərə praqmatik mövqedən yanaşır:
“Azərbaycanın Rusiyadan 5 milyard dollar dəyərində silah-sursat alması regional çapda olduqca böyük məbləğdir. Bakı bununla bir daha göstərdi ki, Rusiya ilə strateji müttəfiqlik prinsiplərinə sözdə yox, işdə əməl edir.

Təbii ki, bununla əlaqədar İrəvanda etiraz dalğası yaransa da, onların reaksiyası heç kəs üçün maraqlı olmadı. Azərbaycan isə sözün tam mənasında öz milli maraqlarına əsaslanan müstəqil siyəsət yürüdür və regional proseslərə praqmatik mövqedən yanaşır.

Azərbaycanın BMT-də Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair səsvermədə iştirak etməməsi bunun bariz nümunəsidir. Lakin Azərbaycan Rusiyanın postsovet məkanındakı digər “strateji müttəfiq”lərindən fərqli olaraq, ardıcıl siyasətə üstünlük verir”.

Q.Ömərov

www.yenicag.az

2868
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv