Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Azərbaycan Rusiyaya bel bağlamamalıdır” – Rusiyalı politoloq

“Rusiya Ermənistanla strateji ittifaq qurub və bu vektoru dəyişəcəyi gözlənilmir”.

Bu fikirləri Yenicag.Ru-ya açıqlamasında Gürcüstanın NATO, Ermənistanınsa Rusiya ilə yaxınlaşmasını şərh edən “North&Eastern Europe Research Political Center” Mərkəzinin rəhbəri Aleksandr Sıtin deyib:

“Azərbaycanın mövqeyini qiymətləndirməyə çətinlik çəkirəm. Yəqin ki, rəsmi Bakının bloklara qoşulmamaq statusunu saxlamaqla yanaşı, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan Rusiya ilə xoş münasibətlərə hazır olmaq rezonu da var.

Ola bilər ki, bu, qısa zaman ərzində doğru və düşünülmüş mövqedir. Lakin fikrimcə, strateji planda bu siyasətin perspektivi yoxdur”.

Sıtinin sözlərinə görə, əgər Gürcüstan NATO və daha sonra Avropa İttifaqı (Aİ) ilə birbaşa əməkdaşlığa başlasa, o zaman Azərbaycan beynəlxalq münasibətlərin küncünə sıxışdırıla bilər:

“Bu halda Azərbaycan geopolitik baxımdan maraq kəsb etməyəcək. Rusiyanın nümunəsində də göründü ki, yalnız enerji layihələrinin qalması qətiyyən yetərli deyil. Azərbaycanın iki mümkün strateji tərəfdaşı – İran və Türkiyəyə yönələn ciddi şübhələr mövcuddur. Belə tərəfdaşların mövcudluğu təhlükəsiz olmadığı kimi müsbət reputasiya da qazandırmır”.

Politoloq hesab edir ki, Bakı Rusiyaya da güvənməməlidir:

“Rusiya Ermənistanla strateji ittifaq yaradıb və Moskvadakı erməni-rus-patriot siyasi lobbisinin media üzərindəki təsirini nəzərə alsaq, bu siyasət dəyişməyəcək.

İrəvanı hədəfə götürən ABŞ isə Ermənistanı Rusiyanın təsirindən çıxartmağa çalışacaq. Əgər ABŞ bu məqsədinə nail olsa və Ermənistanda siyasətçilərin yeni nəsli hakimiyyətə gəlsə, o zaman Azərbaycan öz cazibəsini itirərək, “ikinci dərəcəli” istiqamətə çevriləcək”.

Sıtinin fikrincə, Azərbaycan gec-tez Qərb və Rusiya arasında seçim etməlidir:

“Bloklara qoşulmadan kənarda oturub qalmaq mümkün olmayacaq. Ona görə də ya indi ( bu saat olmasa da) seçim edilməli, ya da özünün qeyri-müəyyən statusunu saxlayaraq, Qərblə isti münasibətləri olan Gürcüstan və Rusiya ilə dost Ermənistanla yanaşı yaşamalıdır. Ancaq bu mövqe strateji baxımdan perspektivsizdir”.

Yenicag.az

www.yenicag.az

287
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM