Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi ixrac etməyə hazır olduqlarını təsdiqləyiblər, Azərbaycandan tədarük artıq həyata keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə İnter RAO idarə heyətinin üzvü Aleksandra Panina açıqlayıb.
“Biz cavab aldıq. Azərbaycan cavab verdi ki, 250-300 MVt həcmində təcili yardım göstərə bilər. Onlar əvvəlcədən söz verə bilməzlər, lakin vəziyyətdən asılı olaraq qərar verəcəklər”, – Panina bərpa olunan enerji konfransı çərçivəsində deyib.
O, həmçinin qeyd edib ki, artıq Azərbaycandan Rusiya Federasiyasına elektrik enerjisi tədarükü olub.