Rusiya-İran-Azərbaycan arasında üçtərəfli sammitin dəqiq tarixi İran prezidenti Həsən Ruhaninin Moskvaya səfəri zamanı və martın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda müzakirə edilə bilər.
Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bəyan edib.
“İstisna etmirik ki, bu məsələ martın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin İrana nəzərdə tutulmuş səfəri çərçivəsində və Həsən Ruhaninin Moskvaya martın sonunda gözlənilən səfəri zamanı müzakirə oluna bilər”, – deyə səfir bildirib.
Qeyd edək ki, ilk Rusiya-İran-Azərbaycan üçtərəfli sammiti ötən il avqustun 8-də Bakıda keçirilib.
Yeniçağ.Az