Azərbaycan səfiri İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış etdi

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İrəvandakı Təpəbaşı məscidinin təhqir olunmasına görə çağırış edib.

Yenicag.az xəbər verir ki, bu barədə o “X” hesabında yazıb.

“İşğal illərində Qarabağdakı bütün məscidlərimizi təhqir edən və onları tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir etməkdə davam edir və Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edir.

Cəmiyyətin, beynəlxalq təşkilatların tədbirləri zəruridir və bu vandalizmin qarşısı alınmalıdır”, – paylaşımda qeyd olunub.