Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı / YENİLƏNDİ

20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yenicag.az xəbər verir ki, gəmilər, avtomobillər, qatarlar bununla əlaqədar səs siqnalları verib.

***
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

Yenicag.az xəbər verir ki, DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində  avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:  “Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər 1 dəqiqəlik dayanacaq”.