Azərbaycan sənətçiləri illər öncə-Fotolar

56716_r1031jtcpk (1)Sənət aləminin tanınmış simaları tez-tez imiclərində dəyişikliklər edirlər.

Onlardan bəziləri saç rəngini, geyim tərzini dəyişib, bəzisi isə plastik əməliyyat etdirərək, görünüşündə yeniliklər edib.

Tanınmışların illər əvvəl çəkilmiş fotolarını təqdim edirik.

 

 

Xalq artisti Amaliya Pənahova üzündə plastik əməliyyat etdirib, saç və qaş formasını dəyişdirib.

Xalq artistləri Aygün Kazımova və Faiq Ağayevin də görünüşü xeyli dəyişib. A.Kazımova arıqlayıb, saç düzümünü dəyişib. F.Ağayev də saç rəngini fərqli edib.

Əməkdar artist Rəfael İsgəndərov imicində dəyişiklik etməsə də, yaşlanıb, saçları ağarıb.

Müğənni Röya Ayxan daha da arıqlayıb, saç formasında isə tam dəyişiklik edib.

Aparıcı Nanə Ağamalıyeva da üzündə dəyişikliklər etdirən məşhurlardandır.

Müğənni Samira Allahverdi daha az makiyajdan istifadə edir. O, geyim tərzində, saç düzümündə dəyişiklik edib.

Prodüser Təranə Səmədova burnunu əməliyyat etdirib, daha da arıqlayıb.

Müğənni Zamiq Hüseynov imicini dəyişib, saqqal saxlayıb.

(axşam).