Azərbaycan sərhədində güclü partlayış – Ölən var

asdsad98Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanı Mahaçkala yaxınlığında partladılıb.

Yenicag.az-ın ans press-ə istinadən məlumatına görə, naməlum şəxslər polis karvanını keçdiyi “Qafqaz” magistral yolunda iki partlayış törədib.

İlkin informasiyaya görə, hadisə nəticəsində bir nəfər həlak olub. Hadisənin baş verdiyi “Qafqaz” magistral yolu ilə Rusiya DİN-in Dağıstan Respublikası üzrə xidməti avtomobillərindən ibarət karvanı hərəkət edirmiş.

“Ural” zirehli maşını və UAZ avtomobili 13 nəfəri aparırmış. Hazırda ərazi polis tərəfindən nəzarətə götürülüb və araşdırmalar aparılır. Avtomobil karvanı Mahaçkaladan Kaspiyskə gedirmiş


Azərbaycan-Rusiya sərhədində partladılan maşın

Analoji hadisə fevral ayında Azərbaycan-Rusiya sərhədi yaxınlığında Dərbənd şəhərindəki Cəmikənd patrul postunda baş verib. Fevralın 15-də “VAZ 2109” markalı avtomobil səhər saatlarında Dərbənd yaxınlığındakı yol-patrul postunda partladılıb. Nəticədə iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.

Terror aktı nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubuna fəaliyyət göstərən, İŞİD terror qruplaşmasına biyət etmiş yaraqlı qruplaşmasının törətdiyi açıqlanıb.