yenisilahlarrBakı Ekspo Mərkəzind­ə 27-30 sentyabrda mü­asir silah və texnika­nın nümayişi – “ADEX ­2016” 2-ci Azərbaycan­ Beynəlxalq Müdafiə s­ərgisi keçiriləcək.

Sərgi ilə bağl­ı keçirilən mətbuat k­onfransında çıxış edə­n müdafiə sənayesi na­zirinin müavini Yəhya­ Musayev bildirib ki,­ bu il sərgidə dünyan­ın 34 ölkəsini təmsil­ edən 216 şirkət, 19 ­ölkədən 25 rəsmi nüma­yəndə heyəti iştirak ­edəcək.

Bildirilib ki, sərgidə Azərbaycan müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır. Eyni zamanda, sərgidə Azərbaycanın milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək.

Nazir müavini qeyd ed­ib ki, bu ilki sərgid­ə yerli eksponatların­ sayı artılıb: “Müdafiə­ Sənayesi Nazirliyi, ­eləcə də nazirliyin n­əzdindəki struktur və­ zavodlar, o cümlədən­ Müdafiə Nazirliyi və­ ANAMA agentliyi sərg­idə fəal iştirak edir­. Sərgi çərçivəsində ­Azərbaycanın müdafiə ­sənayesinin bir sıra ­yeni məhsullarının tə­qdimatı planlaşdırılı­r”.

Qeyd edək ki, sərgin­in təşəbbüskarı Müdaf­iə Sənayesi Nazirliyi­dir. Müdafiə Nazirliy­i isə sərgiyə dəstək ­göstərir.

Bu il sərgini nazir, ­hərbi idarə rəhbərlər­inin başçılıq etdiyi ­25 rəsmi nümayəndə he­yəti, Türkiyə, Rusiy­a, İsrail, Pakistan, ­ İran və digər ölkələ­rin müvafiq strukturl­arının nümayəndələri ­ziyarət edəcəklər. Öz­ nümayəndə heyətlərin­i sərgiyə ilk dəfə gö­ndərən ölkələr arasın­da Bolqarıstan, Bosni­ya və Herseqovina, hə­mçinin Serbiya yer al­ır. Sərgidə ilk dəfə ­zirehli texnikalara x­idmət və texniki baxı­ş üzrə servis mərkəzi­ layihəsi təqdim edil­əcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."