Azərbaycan şirkəti prezidentləri bayraqlarla qarşıladı

Bu gün Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimi olub.

Yenicag.az xəbər verir ki, regionun ən önəmli proyektlərindən biri olan Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə 460 km uzunluğunda boru xətti “Akkord” Korporasiyası tərəfindən tamamlamışdır.

“Akkord” bu işdə Türkiyənin “Yüksel İnşaat A.Ş.” və İtaliyanın “SICIM S.p.A” şirkətləri ilə birgə çalışıb və bu önəmli layihəyə qoşulmaqla özünün fəaliyyət spektrini əhəmiyyətli dərəcədə genişləndirib.

Layihə üzrə “Akkord” Korporasiyasının tikintisinə qoşulduğu 450 kilometrlik hissədə ümumilikdə, 1384 keçidin, o cümlədən 15-i böyük olmaqla 422 ədəd çay keçidinin, 14 ədəd əsas yol və dəmiryol keçidi, 14 blok sürgü stansiyası, 1 ədəd boru təmizləmə qurğusu və bir ədəd zəlzələ keçidinin inşası həyata keçirilmişdir. Xətt üzrə 87 hidrostatik sınaq bölməsi mövcuddur.

Onu da qeyd edək ki, prezidentlərin TANAP-ın açılışına gəlişi zamanı “Akkord” işçiləri onları Azərbaycan və Türkiyə bayraqları ilə qarşılayıblar. Rəsmi mərasimdə “Akkord” Korporasiyasının Türkiyə Ofisinin direktoru Ceyhun Bayramov və digər rəhbər şəxslər (Vüqar Süleymanov, Yaşar Səfərov və Siyavuş Məmmədzadə) iştirak ediblər.

COP29