Reklam: High Technic
hightechnic

Azərbaycan şirkəti Türkiyədə 8 telekanal açır

Azərbaycanın ən böyük mediaholdinqi olaraq təqdim olunan “Global Media” Türkiyədə yeni xəbər kanalı açır.

Yenicag.az xəbər verir ki, hazırda “Cine 5” və “Kanal 6” telekanallarının yerləşdiyi binada bununla bağlı intensiv iş gedir.

Türk mətbuatının yazdığına görə, “Global Media” özündə 8 televiziya kanalını, 4 internet portalını və iki qəzeti birləşdirir. Mediaqrup Türkiyədə uzunmüddətli biznes qurmağı planlaşdırır və bununla əlaqədar məşhur aparıcıları və jurnalistləri işə dəvət edir.

Yeni açılacaq kanal TR24 adlanacaq və bu bazarda NTV, CNN Türk, Habertürk kimi telekanallarla rəqabətə girişəcək.

“Global Media” haqqında bilinən odur ki, holdinq 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçib.

2007-ci ildən etibarən mediaqrup Azərbaycanda rəqəmsal yayımla məşğul olmağa başlayıb. Holdinqə AzExpo MMC və Global Print kimi şirkətlər daxildir.

Media holdinq Türkiyə açılacaq yeni telekanal üçün artıq 4 milyon dollar xərcləyib və əlavə investisiya yatırılması da planlaşdırılır. (haqqın.az)

www.yenicag.az

1186