!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası 2016-cı ilin ən fəal QHT-si seçildi - FOTOLAR

!Reklam – Yazi

2 fevral tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər günü” ilə bağlı ənənəvi bayram tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Gənclər və İdman naziri Azad Rəhimov açaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. A.Rəhimov hər il olduğu kimi bu il də müxtəlif sahələr üzrə 2016-cı ildə uğurlar əldə edən gənclərin və gənclər təşkilatlarının mükafatlandırılacağını dedi.

Sonra tədbirin proqramına uyğun olaraq 2016-cı ilin ən yaxşıları diplom və mükafatlarla təltif edildilər.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi də 2016-cı ildə uğurlu fəaliyyətinə görə ilin ən fəal QHT-si seçildi. Mükafat ASGA-nın sədri, internet-media ekspert Səbuhi Abbasova təqdim edildi.

Yeniçağ.Az

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv