Azərbaycan startapı Amerikaya dəvət alıb.
Bu barədə layihə rəhbəri Cuma Tahirov və layihənin marketinq meneceri Sayad İbrahimov Yenicag.az-a məlumat verib.
Belə ki, pandemiya dönəmində ərsəyə gələn, daha öncə Almaniya və İsraildə təqdimatı edilən Azərbaycan startapı “Keen Mask” Amerikaya “mələk investorlar” tərəfindən dəvət edilib və növbəti yatırım üçün danışıqlar aparılacağı bildirilib.
Eyni zamanda, “Keen Mask” layihəsinin Amerikada bir neçə akselerasiya mərkəzi ilə görüşləri baş tutacaq. Layihə rəhbəri İsrail və Almaniya səfərlərinin pozitiv nəticələndiyini bildirib. Layihənin artıq prototipi hazırdır.
Növbəti yatırım baş tutarsa, artıq məhsulun kütləvi istehsala başlanılacağı bildirilib.
Gülşən Şərif