Azərbaycan tankçıları yeni tədris ilində ilk döyüş atışlarını icra ediblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyətinin döyüş mərmiləri ilə yoxlama atışları üzrə məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.