Azərbaycan toylarında İSRAFÇILIQ: Artıq qalan yeməklərin aqibəti necə olur? – VİDEO

Elimizin toy kimi bir adəti var. Şad günlərini daha təntənəli qeyd etmək istəyən insanlar bu adəti ta qədimdən bu günə kimi qoruyub saxlayıb. Lakin son dövrlər keçmişdə keçirilən toy məclislərinin ləzzəti də indi demək olar ki, qalmayıb.

Belə zamanlarda övladlarının toy məclisini daha gözəl hala gətirmək istəyən valideynlər də üz tutur bu məclislərinin təşkil edildiyi şadlıq evlərinə. Baxsaq, məclislərdə israfçılığın da həddindən artıq çox olduğunun şahidi olarıq.

Müşahidə etsək görərik ki, paytaxtda yerləşən şadlıq evlərində menyunun qiyməti 50 manata olan da var, hətta 250 manata olan da. Toyun sonunda isə, masada bir xeyli yemək də artıq qalır. Bu zaman insanlar arasında yaranan sual o olur ki, toydan artıq qalan yeməklərin sonrakı aqibəti necə olur?

Yenicag.az-ın əməkdaşı paytaxtda yeləşən bir sıra şadlıq evi ilə əlaqə saxlayıb. Sorğudan belə məlum oldu ki, əməkdaşımızın əlaqə saxladığı restoranların əksəriyyəti toydan artıq qalan bütün yeməkləri toy sahibinin özünə verir.

Mövzu ilə əlaqədar Yenicag.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, şadlıq evi ilə müştəri arasında müqavilə bağlanmalıdır.

“İstehlakçının mətbəxə girərək, yeməyin keyfiyyətini yoxlamaq kimi hüququ olsa da, təəssüf ki, buna çox vaxt icazə verilmir, – deyə o əlavə edib.

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov

COP29