!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan turizm mövsümünə hazırdımı?

!Reklam – Yazi

“Azərbaycanda mövcud şərait fonunda ölkəmizin turizm mövsümünə hazırlıqlı olduğunu düşünmək yersizdir. Monopoliyanın olması bu prosesə maneə olur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli ölkəmizin turizm mövsümünə nə dərəcədə hazır olub-olmadığına münasibət bildirərkən deyib:

“Azərbaycanda həm yay, həm də qış mövsümü turizm üçün sərfəlidir. Amma monopoliyanın mövcud olması səbəbindən ölkəmiz turizm mövsümünə əsaslı şəkildə hazır deyil. Mövcud potensialımızın reallaşdırılması üçün isə monopoliyanın aradan götürülməsi vacibdir. Hələ də turizm sahəsində monopoliya baş alıb gedir. Hətta ev turizmini aradan qaldırmağı da hədəf götürüblər. Məqsəd isə onları bu işdən çəkindirməkdir. Azərbaycan bir çox ölkələrlə viza problemini aradan götürüb. Amma hələ də xeyli ölkələr var ki, həmin dövlətlərdən turistlərin Azərbaycana gəlməsində viza almaq məsələsi problem olaraq qalır. Turistlər vaxt itkisinə yol verməmək üçün əsasən hava nəqliyyatına üstünlük verir. Ölkəmizdə isə hava yolları AZAL-ın monopoliyasındadır. Qonşu Gürcüstanda Saakaşvili vaxtilə çoxsaylı aviaşirkətləri dəvət edərək, ucuz uçuşu həyata keçirən şirkətlərin işləməsinə şərait yaratdı. Bu səbəbdən Gürcüstanda turizm sürətlə inkişaf edib. Orada bu istiqamətdə iş görmək, şirkət açmaq çox asandır. Azərbaycanda mövcud olan şərait fonunda isə ölkəmizin turizm mövsümünə hazırlıqlı olduğunu düşünmək yersizdir. Azərbaycanda həm yay, həm də qış mövsümü turizm üçün sərfəlidir. Amma monopoliyanın mövcud olması səbəbindən ölkəmiz turizm mövsümünə əsaslı şəkildə hazır deyil. Mövcud potensialımızın reallaşdırılması üçün isə monopoliyanın aradan götürülməsi vacibdir”.

Turizm eksperti Müzəffər Ağakərimov isə bu qənaətdədir ki, Azərbaycan turizm mövsümünə hazırdır: “Bu hazırlıq yüksək səviyyədə təşkil olunub. Azərbaycanda dövlət və ictimai təşkilatlar tərəfindən turizmə olan diqqət və qayğı onu göstərir ki, bu sahə normal şəkildə inkişaf edir. Turizm sahəsində çalışan peşəkarların sayı da artıb. Bu müstəvidə turizm şirkətləri, otellər və digər turizm qurumları sağlam düzgün rəqabət gedir. Turizm şirkətləri turistlərin qəbulu istiqamətində artıq güclü təcrübə toplayıblar. Təsəvvür edin ki, əvvəllər 550 turist şirkəti var idisə, lisenziyanın ləğvindən sonra isə onların sayı 1700-ə çatıb. Bu da turizmə olan güclü marağın göstəricisidir. Bu sahədə də müxtəlif turizm proqramları hazırlanıb. Onu da turizm şirkətləri hazırlayır. Eyni zamanda Menecment və Turizm Universiteti də yüksək səviyyədə kadr hazırlığını həyata keçirir. 2017-ci ildə 2016-cı ilə nisbətən turistlərin sayı 20 faiz artıq olub. Daxili və gəlmə turizminin inkişafı turizm sahəsindən güclü valyuta axınına səbəb olacaq. İspaniya, Fransa və Türkiyə kimi ölkələr məhz kütləvi turizmin inkişafı sahəsində mühüm uğurlar qazanıblar. Dağ və sağlamlıq turizminin inkişafı onun göstərir ki, ötən 6-7 illə müqayisədə istiqamətdə ciddi nailiyyətlər əldə olunub, turizm mövsümünə hazırlıqlar da əvvəlki illərə nisbətən daha pəşəkarcasına həyata keçirilib. Yay ayında mərkəzi şəhərlərlə müqayisədə xüsusən də regionlarda turizm daha yüksək səviyyədə inkişaf edir. Mərkəzi şəhərlərdə turizm əsasən konfrans və simpoziumlar olan zamanlarda sürət alır ki, bu da əsasən yaz və payız aylarına düşür”.
Qeyd edək ki, 2018-ci ilin ilk 4 ayı ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən illin anoloji dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi turist gəlib.

ELÇİN

www.yenicag.az

1901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv