!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə birliyindən NARAHAT QÜVVƏLƏR: "Onlara başa salınır ki, yerlərində otursunlar" - Politoloq

!Reklam – Yazi

“İki ölkə liderinin görüşü və məlum səfərlər bəzi siyasi qüvvələrə bir mesajdır”.

Bu sözləri türk dünyasının iki lideri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışını etmələri ilə bağlı tarixi hadisəyə münasibət bildirən Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında bildirib.

Politoloqa görə, mövcud vəziyyətdə yaşanan proseslər Azərbaycan və Türkiyənin regionda güclənməsini istəməyən bəzi siyasi qüvvələri narahat edir və bu qüvvələrin əngəl törətməyə cəhd etməsi gözləniləndir:

“Türkiyə prezidenti Ərdoğanın Azərbaycanın tarixi guşələrindən sayılan Füzuliyə səfəri ölkəmiz üçün əhəmiyyətli günlərdən biridir. Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq o həddə çatıb ki, türk siyasətçilərinin Qarabağa müntəzəm səfərləri və iki ölkə diplomatlarının sıx təmasları mütəmadi xarakter daşıyır. İki ölkə liderinin görüşü və məlum səfərlər bəzi siyasi qüvvələrə bir mesajdır. Onlara başa salınır ki, yerlərində otursunlar və reallığı qəbul etsinlər. Bu gün çox vacib və yeni mərhələ hökm sürür Yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında sərhədlə, digər məsələlərlə bağlı yekun sənədlərin imzalanması mümkündür. Təbii ki, müxtəlif oyunçular bu vəziyyətdən xoşlanmır və əngəl törətməyə çalışacaqlar. Ümumilikdə, iki qardaş dövlətin regionda söz sahibinə çevrilməsi gələcəkdə perpektivlər vəd edir”.

Gülşən Şərif

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv