Azərbaycan-Türkiyə əlaqələrində MÜHÜM ADDIM: “Təhsil sisteminin təkmilləşdirilməsi üçün…”

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması çox önəmli və uğurlu addımdır”.

Bu fikirləri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair iki ölkə arasında imzalanmış memorandumu dəyərləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

 

Millət vəkilinin sözlərinə görə, Türkiyə Azərbaycan Universitetinin yaradılması təhsilimizin güclənməsinə töhfə verəcək:

“Bu gün Azərbaycan Türkiyə ilə bütün sahələrdə uğurla əməkdaşlıq edir. Bu çərçivədə Azərbaycanın öz ordusunu Türkiyə modelinə uyğunlaşdırması prosesi uğurla aprılır. Qarşımızda duran əsas məsələlərdən biri ordumuzla yanaşı, digər istiqamətlərdə də təsirli addımların atılmasıdır.

Türkiyə-Azərbaycan Universitetinin qurulması haqqında memorandumun imzalanması da məhz buna hesablanıb. Bu ali təhsil ocağının yaradılmasında əsas məqsəd bizim təhsil sistemimizin təkmilləşdirilməsidir. Fikrimcə, Azərbaycanın təhsil sistemində də Türkiyə modeli tətbiq olunmalıdır.

Hazırda Türkiyənin təhsil sistemi kifayət qədər inkişaf edib. Bunun sayəsində bizim təhsil sistemini arzuedilən səviyyədə inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması çox önəmli və uğurlu addımdır. Bu addım iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə özünəməxsus töhfə verəcək”.

İsmayıl Bakuvi

COP29