!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşayacaq

!Reklam – Yazi

Hər bir millət öz tarixi və bu tarixi yaradan şəxsiyyətləri ilə qürur duyur.

XX əsrdə çətin günlər yaşamış Azərbaycan və Türkiyə də məhz bu şəxsiyyətlərin – xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün səyi, qətiyyəti və fenomenal fəaliyyəti nəticəsində dirçələrək inkişaf edib. Vaxtilə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır.”- deyən M.K.Atatürk hər iki xalqın yaxınlaşmasını, ortada olan siyasi problemlərə baxmayaraq bir olmasını arzulamışdı. Bu arzunu isə müstəqil Azərbaycanın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev həyata keçirdi. Hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində işləyərkən iki dövlət arasında “Ümid körpüsü” yaradan Heydər Əliyev bu körpünü qardaş xalqların birliyinin yeni simvoluna çevirdi. Daha sonralar Azərbaycanı və Türkiyəni “Bir millət, iki dövlət” adlandıran Ulu Öndərimiz qardaş xalqlar arasındakı dostluq tellərinin daha da möhkəmlənməsinə, qırılmaz olmasına şərait yaratdı.  Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq məhz bu qırılmaz tellərlə bağlıdır. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın bütün sferalarda birgə fəaliyyəti həm Azərbaycanı, həm də Türkiyəni ən yüksək inkişafa daşıyıb. Bu gün dünyanın bəzi əsas iqtisadi layihələri məhz bu iki dövlətin təşəbbüsü ilə həyata keçirilir. Qardaş dövlətlərin birgə səyi nəticəsində qarşıya çıxan bütün problemlər öz həllini tapır.

Təbii ki, bu qardaşlığı gələcəyə daşımaq gənclərin əsas vəzifələrindəndir. Və inanırıq ki, həm Azərbaycan gəncliyi, həm də Türk gəncliyi bu məsuliyyətin öhdəsindən layiqincə gələcək, qardaşlığın əbədi olması üçün bütün gücünü səfərbər edəcək.

Əli HEYDƏRLİ

Bakı Türk Anadolu Litseyi, 11-ci sinif şagirdi

 

www.yenicag.az

1262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv