!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən rəsm sərgisi keçirilib - FOTOLAR

!Reklam – Yazi

Qafqaz İslam Ordusunun və Bakının qurtuluşunun 100 illiyi ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində rəsm sərgisi keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi, Rəssamlar İttifaqı və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qardaş ölkə səfirliyinin Nuri Paşa zalında rəsm sərgisi baş tutub.

Sərgidə Azərbaycanın həm peşəkar, həm də gənc rəssamlarının əl işləri yayımlanıb. Rəssamlar Azərbaycanın müxtəlif bölgələrindəki türk şəhidliklərinin, azərbaycanlı və türkiyəli qəhrəmanların, Atatürkün, Heydər Əliyevin rəsmlərini, eləcə də Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən rəsmlər çəkiblər. Sərgidə 27 rəssamın əsəri yer alıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) sədri Hüseyin Büyükfırat, Müdafiə Nazirliyinin rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda təşkilatçılar rəssamlara “Fəxri fərman”lar veriblər.

Tədbirdən fotoları təqdim edirik:

www.yenicag.az

3593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv