!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə-Qazaxıstan formatı iştirakçı ölkələrə nə verəcək? – Şərh

!Reklam – Yazi

bayrag“Türkiyə Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatının yaradılması üzərində işləyir”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfindən yaradılan üçtərəfli formatlar Qafqaz və Balkan regionlarında çox səmərəli çalışır. Qeyd edək ki, hazırda regionda Ankara və Bakının iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq formatları fəaliyyət göstərir.

Bu fonda Azərbaycan-Türkiyə-Qazaxıstan formatı iştirakçı ölkələrə nə verəcək?

Yenicag.az-a açıqlamasında siyasi icmalçı Azər Həsrət bildirdi ki, sözügedən 3 dövlətin bir araya gəlməsi Orta Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionuna müsbət təsir göstərmək baxımından mühüm addım olacaq:
“Türkiyə bəlli olduğu kimi regionda ən böyük nüfuza malik bir dövlətidir. O baxımdan da Ankaranın Türkiyə, Azərbaycan və Qazaxıstan arasında belə bir formata önəm verməsi diqqətçəkicidir. İkinci bir tərəfdən, Azərbaycan Güney Qafqazın ən böyük dövlətidir. Və regionda cərəyan edən bütün proseslərin önündə gedən bir dövlətdir. Yəni öz regionu üçün daha bir açar rolunu oynayan dövlət Azərbaycandır. Qazaxıstan isə iqtisadi imkanları və ərazi böyüklüyünə görə Orta Asiyanın ən güclü ölkəsidir. Bütövlükdə siyasi proseslərə yön verməsi baxımından Astana açar dövlətdir. Bu coğrafiya üzərindəki 3 dövlətin bir araya gəlməsi Orta Asiya, Güney Qafqaz və Yaxın Şərqdəki proseslərə bütövlükdə müsbət təsir göstərəcək.Azər Həsrət ile ilgili görsel sonucu

Yaxın Şərqdə baş verən qanlı-qadalı hadisələrin Güney Qafqaz və Orta Asiyaya təsirinin qarşısının alınmasında bu formatın önəmli rolu olacaq. Digər tərəfdən, Orta Asiya və Güney Qafqaz məhsullarının Qərbə daşınması baxımından da həmin formatın mövcudluğu mühüm əhəmiyyət kəsb edəcək. İstər Qazaxıstan, istərsə də Azərbaycan üçün Türkiyənin təcrübəsi çox vacibdir. Eyni zamanda, Türkiyənin dəstəyi də bizim üçün önəmlidir. Bu mənada üçlük formatının ortaya çıxması regionumuz üçün birmənalı olaraq önəmli addım olacaq. Hər 3 dövlətin Rusiya ilə münasibətləri də bildiyiniz kimi yüksək səviyyədədir. Ona görə belə bir coğrafiyada yaradılacaq iş birliyi həm də Rusiya ilə münasibətlərə öz müsbət təsirini göstərməlidir. Çünki Azərbaycanın Qarabağ probleminin aradan qaldırılmasında Rusiya, Türkiyə, həm də Qazaxıstanın imkanları vardır. Deməli, həm də Qarabağ məsələsində müəyyən müsbət addımların atılmasına ümid bəsləyə bilərik”.

 

ELÇİN

Yenicag.az

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv